Tanınmış rejissor Nail Naiboğlu müdir oldu. Rekord sayda kliplərin müəllifi olan klipmeyker ANS PRESS-ə açıqlamasında artıq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəsmi işçisi olduğunu bildirdi. O, cəmiyyətin Bakı Regional Mərkəzində ictimaiyyətlə əlaqələr sektorunda müdir vəzifəsinə təyin edilib.
N.Naiboğlu sözügedən cəmiyyətlə əvvəllər də işbirliyi olduğunu deyib: "Uzun illərdir Qızıl Aypara Cəmiyyəti ilə əlaqələrim var. Hətta cəmiyyətin himninin videoçarxını da mən çəkmişəm. İndi isə cəmiyyətin rəsmi işçisiyəm".
Nail Naiboğlu müdir oldu
Rejissor Qızıl Aypara Cəmiyyətinin rəsmi işçisidir




Şərhlər