Moskvada azərbaycanlı kriminal avtoritet öldürüldü
01 Fevral 2013 Cümə 22:02
Rüfət Nəsibovun qətlinin "Ded Xasan"ın öldürülməsi ilə əlaqəli olduğu bildirilir.
Moskva şəhərində azərbaycanlı kriminal avtoritet Rüfət Nəsibov (Gəncəli Rafo) öldürülüb. ANS PRESS-in Chiriminalnaya.ru saytına istinadən verdiyi məlumata görə, ölüm faktı 28 yanvardan 29-na keçən gecə baş versə də Rüfət Nəsibovun cəsədini tapmaq mümkün olmayıb.

Buna görə də qətlin motivləri haqda heç bir məlumat verilmir. Rüfət Nəsibovun bu yaxınlarda öldürülmüş "Ded Xasan"ın qətlindən sonra qisas məqsədilə ğldürüldüyü ehtimal edilir.

Qeyd edək ki, bir qədər əvvəl Suxumidə digər kriminal avtoritet Astamur Qulinin də "Ded Xasan"ın öldürülməsində əli olanlardan intiqam alınması məqsədilə qətlə yetirildiyi bildirilirdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar