Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hadisələrə Birləşmiş Ştatlar və Fransadan sonra ATƏT-in Minsk qrupunun digər həmsədri olan Rusiya da münasibət bildirib. Rusiyanin Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç rəsmi Moskvanın bu hadisələrdən narahat olduğunu deyib. O bildirib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri olaraq tərəfləri münaqişəni sülh yolu ilə həll etməyə, güc tətbiqindən çəkinməyə çağırır.
Xatırladaq ki, təmas xəttində 5 Azərbaycan əsgərinin şəhid olması ilə nəticələnən insidentdən Rusiya, Fransa narahatlığını ifadə edib. Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton da Bakıya səfəri zamanı bu vəziyyəti pisləyib.
Moskva cəbhəddəki son hadisələrdən narahatdır
Rusiya münaqişə tərəflərini güc tətbiqindən çəkinməyə çağırıb.




Şərhlər