Monitorinq başa çatıb
07 Noyabr 2012 Çərşənbə 14:10
Monitorinq zamanı insident qeydə alınmayıb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndinin yaxınlığındakı təmas xəttində keçirilən monitorinq başa çatıb. Monitorinq zamanı insident qeydə alınmayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi Piter Ki və səhra köməkçisi Jiri Aberle keçiriblər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin köməkçisi Uilyam Prayor və səhra köməkçisi Xristo Xristov nəzarət edib.
DOSTLARINLA PAYLAŞ: