Gündəm

MN: Səfərbərliyə ehtiyyac yoxdur

Eldar Sabiroğlunun sözlərinə görə, ordumuz istənilən ekstremal vəziyyətdən uğurla çıxmağa qadirdir.

· Xəbərçi
MN: Səfərbərliyə ehtiyyac yoxdur
“Məncə, səfərbərlik etməyə ehtiyac yoxdur”. Bunu Azərbaycanda səfərbərlik elan olunacağı barədə səslənən məlumatlarla bağlı APA-nın sualına cavabında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu deyib.

Eldar Sabiroğlu bildirib ki, Azərbaycan Ordusu hazırkı mütəşəkkil durumu ilə hər hansı ekstremal vəziyyətdən uğurla çıxmağa qadirdir: “Cəbhədəki son döyüşlər bunu göstərdi. Silahlı Qüvvələrimizin yüksək döyüş hazırlığını etiraf etməyən düşmən özü də bunu yaxşı bilir. Lakin səsini bəzən ucadan çıxarmağa cəhd edir. Bu səs isə öz doğma səsi deyil, mənbəyi kənardadır”.

Şərhlər