Mən Şuşadayam
08 May 2013 Çərşənbə 21:49
Şəkili bir qrup gənc Şuşanın işğalının 21-ci ildönümü ilə bağlı aksiya keçirib.
Şəki Regional Debat Mərkəzi Şuşanın işğalının 21-ci il dönümü ilə əlaqədar “Facebook” sosial şəbəkəsində virtual aksiya təşkil edib. Mərkəzdən ANS PRESS-ə verilən məlumata görə, “Mən Şuşadayam” adlı aksiyanın keçirilməsində məqsəd Şuşanın işğalı ilə bağlı təbliğatın aparılmasıdır. Aksiyada iştirak edən mərkəzin tərkibindəki klubların üzvləri “Facebook” profillərində Şəki Xan Sarayının qala divarları yanında Şuşa qalasını xatırladan və əllərində “Şuşada” yazısı olan fotolarını yerləşdiriblər. Həmçinin Şuşa və Şuşanın işğalı ilə bağlı “Facebook” qrupları, səhifələrində bir sıra məlumatlar yerləşdirib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar