Məhərrəm ayı başladı
16 Noyabr 2012 Cümə 00:38
Noyabrın 27-si Aşura günüdür.
Bu gün Məhərrəm ayı başlayır. Bir neçə gün əvvəl Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayaının başlanması ilə bağlı fətva verib. Fətvada yeni 1433-cü ilin başlanğıcı - Məhərrəm ayının 1-i Miladi təqvimi ilə 2012-ci il noyabrın 16-na, Aşura isə Məhərrəm ayının 10-cu günü noyabrın 25-nə təsadüf edir. Fətvada bununla bağlı dindarlara başsağlığı verilib və İmama Hüseyn Əleyhissəlamın və onunla birgə şəhid olan müsəlmanların əzadarlığını İmamın şəninə layiq şəkildə keçirilmək tövsiyə olunub.
Qeyd olunub ki, mərasimlərdə Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalı, Vətən uğrunda şəhid olanların xatirəsi yad edilməlidir. Müqəddəs məkanlarda nizam-intizam gözlənməli, qurşağa qədər soyunub, zəncir vurmaqla qan çıxarmaq kimi qınağa səbəb olacaq hərəkətlərə yol verilməməlidir. Əzadarlar özlərinə xəsarət yetirməməli, bunu digərlərinə təlqin etməlidirlər.
Fətvada o da bildirilib ki, son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə tibbi ehtiyaclar üçün gerçəkləşən qanvermə aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsi kimi örnək olmalıdır.
DOSTLARINLA PAYLAŞ: