Gündəm

MDB-nin vahid turist məkanı

Məsələ ilə bağlı ciddi və fəal şəkildə konsepsiya hazırlanır.

· Xəbərçi
MDB-nin vahid turist məkanı
MDB-nin vahid turist məkanın yaradılmasına dair konsepsiya hazırlanır. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, məsələ ilə bağlı açıqlamanı turizm üzrə Federal agentliyin rəhbərinin müavini Yevqeni Pisarevski verib.

O, mətbuat konfrasında çıxış edərkən bildirib ki, Belarusda aqroturizm aktiv şəkildə inkişaf edir: "Sanator-tibbi yardım, dağ turizmi də genişlənir”.

Yevqeni Pisarevski Qafqazın potensialından da istifadə olunmasını yüksək qiymətləndirib. Yekun olaraq o deyib ki, ümumilikdə MDB üzrə vahid turist məkanın yaradılması konsepsiyası hazırlanır. Onun sözlərinə görə, bu məsələyə böyük və aktiv diqqət ayrılacaq.



Şərhlər