Martın 21-i dünyada necə qeyd edilir?
22 Mart 2013 Cümə 00:10
Ümid edirəm ki, bütün dünyada insanlar bu günü qeyd etməyə başlayacaqlar.
Novruz, Navruz, Naurız, Navrez, Nooruz, Naras - müxtəlif dillərdə bu bayramın öz adı var. Bayramın mənası isə bir neçədir. İranda və Əfqanıstanda martın 20-21-i günəş təqvimi ilə yeni ilin gəlişi qeyd edilir, digər şərq mədəniyyətlərində isə Novruz - bahar bayramı, təbiətin oyanması, yenilənməsi və ilk cücərtilər bayramıdır. Bütün dünya üçün isə martın 21-i yaz gecə-gündüz bərabərliyidir.

3000 ildən çox yaşı olduğu bildirilən Novruz ənənəsi müasir İran ərazisində yaranıb. İrandan başqa, Novruz Azərbaycan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Hindistan və bir sıra Orta Asiya ölkələrində dövlət bayramı kimi qeyd edilir. Yerli səviyyədə isə Rusiya Federasiyasının bir sıra regionlarında qeyd olunur. Lakin Novruz bayramını ən çox İranda qeyd edirlər - 13 gün.

2009-cu ildə Novruz bayramı YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bir il sonra isə BMT-nin Baş Assambleyası rəsmi şəkildə martın 21-ni Beynəlxalq Novruz Günü elan edib. "Ümid edirəm ki, bütün dünyada insanlar bu günü qeyd etməyə başlayacaqlar. Qoy Novruzun qeyd edildiyi regionlarda Novruzun ruhu böhran və pis dəyişikliklər üzərində qələbə çalsın!" - BMT-nin baş katibi Ban Ki-mun həmin vaxt belə demişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar