Ermənistan səfirliyinə qədər davam edən yürüşdə bu ölkədə yaşayan soydaşlarımız, azərbaycanlı tələbələr iştirak ediblər.
Kanadanın paytaxtı Ottavada Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar yürüş keçirilib. Azərbaycanin Kanadadakı səfirliyindən verilən məlumata görə, Kanada Parlamentinin qarşısından başlayan və Ermənistanın Ottavadakı səfirliyinə qədər davam edən yürüşdə Ottava, Monreal, Toronto və Vaterlo şəhərlərində yaşayan soydaşlarımız, eləcə də bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Yürüş zamanı Xocalıda Ermənistan hərbçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər və 1988-ci ildən davam edən işğala qarşı şüarlar səsləndirilib, Xocalı soyqırımı ilə bağlı yaddaş qeydləri paylanılıb.