Dekabrın 2-də səhər saatlarında Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi ərazisindən balıq tutmaq məqsədi ilə mühərrikli qayıqla dənizə çıxmış və geri qayıtmamış 4 nəfər balıqçının yeri müəyyən olunub.
ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, balıqçılardan biri xilas edilərək Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopterinin göyərtəsinə qaldırılıb. Digər 3 balıqçı helikopterə qalxmaqdan imtina edib.
Məlum olub ki, qayıq yanacaq bittiyi üçün dənizdə qalıb. Hazırda dənizdə qalmış qayığa yanacağın çatdırılması istiqamətində işlər görülür. Vəziyyət nəzarətdə saxlanılır.
İtmiş balıqçılar tapıldı
Qayıqda yanacaq bitdiyi üçün onlar dənizdə qalıb




Şərhlər