Gündəm

İsmayıllının icra başçısı işdən çıxarıldı

Nizami Ələkbərovun yerinə Mirdaməd Sadıqov təyin edilib

· Xəbərçi
İsmayıllının icra başçısı işdən çıxarıldı
Azərbaycan prezidenti İlham Əliyev Nizami Ələkbərovun İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. ANS PRESS-in məlumatına görə, prezidentin digər sərəncamı ilə Mirdaməd Mirsadıq oğlu Sadıqov İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.

Şərhlər