İsa Qəmbər geri qayıdası oldu
27 Yanvar 2013 Bazar 16:35
Müsavat Partiyası başqanı Lənkərana səfəri baş tutmayıb
Lənkərana səfər edən Müsavat Partiyasının başqanı İsa Qəmbər tərəfdarları ilə birgə geriyə, Bakıya qayıdır. "Qafqazinfo”nun məlumatına görə, Cəlilabadın Göytəpə adlanan ərasizində postdan müsavatçıların keçməsinin qarşısı alınıb.
Qeyd edək ki, Lənkəranda “Samovarın yanı” adlanan yerdə polis Astara və Lənkəran müsavatçılarını həbs etməyə başlayıb. Partyanın Lənkəran təşkilatının üzvləri Elşad Abbasov, Hikmət Əhmədov, Güloğlan Abbasov, Ağamusa Yaqubov, Muxtar Babayev həbs olunaraq Lənkəran Rayon Polis İdarəsinə aparılıb. Astara və Lənkərandan İsa Qəmbəri qarşılamağa gələn müsavatçı gənclər də polis tərəfindən saxlanılıblar.
Cəlilabadın Göytəpə adlanan ərasizində postdan İsa Qəmbərin maşını da daxil olmaqla bir neçə maşın buraxılıb, qalan maşınlar isə saxlanılıb. Bakı-Astara magistralının Göytəpə hissəsində böyük tıxac yaranıb.
Lənkəran Rayon İcra hakimiyyəti “Samovarın yanı” adlanan yerdən başqa Lənkəran şəhərinin məhəllələrində İsa Qəmbərin kortejinə hücum üçün 300- ə qədər adam toplayıb.
DOSTLARINLA PAYLAŞ: