İrəvan Van reysi təxirə salındı
30 Mart 2013 Şənbə 08:09
Türkiyə tərəfi bu qərarın nə ilə bağlı olduğunu açıqlamayıb.
Türkiyə Mülki Aviasiya İdarəsi İrəvan-Van təyyarə reysini qeyri-müəyyən müddətə kimi təxirə salmaq haqqında qərar verib. ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, ilk reys aprelin 3-də həyata keçirilməli idi. Türkiyə tərəfi bu qərarın nə ilə bağlı olduğunu açaıqlamayıb.

Bu barədə məlumatı "Armenpress"ə reysin erməni təşkilatçısı "Narekavank tur" şirkətinin direktoru Aşot Soqomonyan verib.

Reysi Ermənistanın "Narekavank tur", Türkiyənin "Borajet" aviaşirkəti və Vanın "Alanis" turizm agentliyi birgə həyata keçirməli idi. Əsas məqsəd xalqlar arasında mədəni və turizmi inkişaf etdirmək, eləcə də iqtisadi və işgüzar əməkdaşlığa yardım etməkdir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar