İsrail baş naziri Binyamin Netanyahu İranın bu ilin yayında nüvə silahının alınmasında final mərhələyə qədəm qoyacağını bildirib. ANS PRESS-in məlumatına görə, bununla belə İsrail kəşfiyyatı baş nazirlə həmfikir deyil. Kəşfiyyat İranın 2015-2016-cı ildən tez atom bombası əldə edə bilməyəcəyini hesab edir. Binyamin Netanyahu öz növbəsində İranın nüvə silahı əldə etmək yolunda 2013-cü ilin həlledici il olduğunu hesab edir.
MAQATE-nin məlumatlarına görə isə İranda olan 12 min setrafuqa uranın zənginləşdirilməsində mühüm uğurlar qazansa da nüvə silahının alınması üçün onlar hələ çoxlu problemi həll etməlidirlər.
Mütəxəssislər İranın nüvə silahına 7-10 ildən tez sahib ola bilməyəcəyini bildirirlər. "Qolos Rossii"nin bildirdiyini görə, beynəlxalq ictimaiyyətin hələ problemi diplomotik yolla həll etmək üçün kifayət qədər vaxtının olduğunu bildirir.
İranın nə vaxt atom bombası olacaq?
İsrail kəşfiyyatı bunun 2015-2016-cı ildən tez baş verməyəcəyini bildirir.




Şərhlər