Gündəm

İran Azərbaycana nota göndərib

Rəsmi Tehran Sabir Rüstəmxanlının Cənubi Azərbaycan dövlətinin yaradılmasına dair çıxışından narahatdır.

· Xəbərçi
İran Azərbaycana nota göndərib
İran Azərbaycana nota təqdim edib. Sənəddə rəsmi Tehran Dünya Azərbaycanlıları Konresinin (DAK) iclasının Bakıda keçirilməsindən və toplantıda konqresin liderlərindən biri, millət vəkili Sabir Rüstəmxanlının orada çıxışı zamanı İran ərazisində Cənubi Azərbaycan dövlətinin yaradılmasına dair çıxışından narahat olduğunu bildirir.

Artıq rəsmi sənədə DAK da mövqe bildirib. Qurumun idarə heyətinin həmsədri Əjdər Tağızadənin ANS-ə verdiyi məlumata görə, təşkilat həmişə bu mövqedə olub və rəsmi tehranın bu mövqeyi əsassızdır. Cənubi azərbaycanlıların hüquqlarının qorunması həmişə bu qurumun əsas prioriteti olub.

Qeyd edək ki, hələlik Azərbaycanın Xarici İşlər Nazirliyi İranın göndərdiyi bu notaya cavab verməyib .

Şərhlər