İlham Əliyev və xanımı xizək sürdülər .
Dövlət başçısı ahdağ qış-yay turizm kompleksinə daxil olan “Qaya” otelinin açılışında iştirak edib
Prezident İlham Əliyev Qusara səfəri çərçivəsində Şahdağ qış-yay turizm kompleksinə daxil olan “Qaya” otelinin açılışında iştirak edib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib ki, üçmərtəbəli oteldə xüsusi avtomobil dayanacağı yaradılıb. Burada turistlərin istifadəsinə 26 nömrə veriləcək. Oteldə restoran və fitnes mərkəzi də fəaliyyət göstərəcəkdir. Bu oteldə yaradılan yüksək şərait Şahdağ qış-yay turizm kompleksinin əhəmiyyətini daha da artırır. Digər tərəfdən də bu, ərazidə həyata keçirilən işlərin miqyasını göstərir.
Diqqətə çatdırılıb ki, layihənin növbəti mərhələləri çərçivəsində yeni kanat yolları salınacaq, qolf meydançası, müxtəlif klublar, kiçik mehmanxanalar, pansionat, Şahdağ Gənclər Mərkəzi, digər otellər inşa olunacaq, ərazidə at ferması fəaliyyət göstərəcək.
Prezident İlham Əliyev xizəklə sürüşdü, xanımı Mehriban Əliyeva isə motorlu xizəkdə gəzib.
Sonra İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdağ Resort SPA” otelində aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.