Azərbaycan prezidenti İlham Əliyev sabah İstanbulda baş tutacaq BMT sivilizasiyalar alyansı tərəfdaşları Forumuna qatılacaq. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə mətbuatına bu ölkənin Nazirlər Kabinetindən məlumat verilib. Foruma ümumilikdə 65 ölkə və 15 beynəlxalq təşkilatın rəhbərləri qatılacaqlar. Forumu Türkiyənin baş naziri RəcəbTayyib Ərdoğan və BMT baş katibi Pan Qi Mun çıxışları ilə açacaqlar.
İlham Əliyev Türkiyəyə gedəcək
Dövlət başçısı İlham Əliyev BMT-nin Forumuna qatılacaq.




Şərhlər