İlham Əliyev Norveç Kralını təbrik edib
16 May 2012 Çərşənbə 19:20
Azərbaycan prezidenti Norveçin Konstitusiya günü münasibətilə V Haralda təbrik məktubu ünvanlayıb.
Azərbaycan prezidenti İlham Əliyev Norveç Kralı V Haralda təbrik məktubu ünvanlayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir:

"Norveç Krallığının milli bayramı - Konstitusiya günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Norveç münasibətləri, dostluq və əməkdaşlıq əlaqələrimiz bundan sonra da öz inkişafını davam etdirərək xalqlarımızın rifahına töhfələr verəcək".

İlham Əliyev V Haralda ən xoş arzularını yetirib, möhkəm cansağlığı, işlərində uğurlar, dost Norveç xalqına sülh və firavanlıq diləyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar