Gündəm

İlham Əliyev Bakıya qayıdıb

Azərbaycan prezidentinin Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri başa çatıb.

· Xəbərçi
İlham Əliyev Bakıya qayıdıb
Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-ın Çikaqo şəhərinə işgüzar səfəri başa çatıb. Azərbaycan dövlət başçısını Çikaqonun “O`Hare” Beynəlxalq Aeroportunda ABŞ-ın rəsmi şəxsləri yola salıb.

Bu gün dövlət başçısı Bakıya qayıdıb. Azərbaycan prezidentini Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıb.

Şərhlər