Gündəm

İki serial reytinq qurbanı oldu

“Sultan” və “Kötü yol” serialları tamaşaçısı ilə vidalaşacaq

· Xəbərçi
İki serial reytinq qurbanı oldu
Türkiyənin “D” telekanalında nümayiş olunan, yüksək smeta dəyəri olan 2 serialın yayımı dayandırılır. “yazete.com” saytının məlumatına görə, reytinq ölçülməsi vaxtı tələb olunan nəticəni göstərməyən “Sultan” serialının 20, “Kötü yol” serialının isə 13-cü seriyadan sonra yayımı dayandırılacaq. Məlumata görə, kanal “D” rəhbərliyi hər iki serialın prodüsseri ilə görüşərək bu barədə məlumatı onlara çatdırıb.

Qeyd edək ki, aşağı reytinq səbəbilə “Veda” serialının dayandırılması gündəmə gəlsə də telekanal rəhbərliyi indilik bu filmin yayımının davam etməsi istiqamətində qərar qəbul edib.

Şərhlər