Gözü olmayan uşaq görürmüş
07 İyun 2012 Cümə Axşamı 12:42
Göz dəlikləri dəri ilə örtülmüş uşağın sol gözünün işığa həssas olduğu müəyyənləşdirildi.
Çində doğuşdan gözləri olmayan uşağın daima əl fənəri ilə oynaması maraqlı faktın üstünü açıb. Həkimlərin yenidən müayinəsindən keçən körpənin sağlamlığı ilə bağlı kiçik detal ortaya çıxıb.

Madamihan və Salamu adlı cütlüyün uşağı göz dəlikləri olmadan doğulub. Uzun müddət fasilədən sonra həkimlər körpənin dəri ilə örtülü olan sol gözünün işığa həssas olduğunu müəyyən ediblər. Uşağın əl fənəri ilə oynamasının da səbəbi budur - işığı görməsi.

Ancaq hələlik risk olduğu üçün həkimlər əməliyyatı məsləhət görmürlər. Göz linzası olmadığı üçün əməliyyatı məsləhət görməyən həkimlər hələlik 16 yaşına kimi gözləməyi məsləhət görürlər. İndi ailə süni göz nəqli üçün gözləməyə başlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar