Eurovision ilə bağlı şok iddia!
18 Dekabr 2012 Çərşənbə Axşamı 18:22
Rusiya Eurovision təmsilçisi: 2003-cü ildə yarışın qalibi biz olmuşduq.
2003-cü ildə keçiriln "Eurovision" mahnı müsabiqəsində Rusiyanı təmsil edən T.AT.U qrupunun keçmiş üzvü Yulia Volkova maraqlı iddia ilə çıxış edib. ANS PRESS-in "Haberler.com"a istinadla verdiyi məlumata görə, musiqiçi əslində Türkiyə təmsilçisinin qalib gəldiyi həmin ildə yarışın birincisinin özlərinin olduğunu deyib.
Rusiyanın "Seqodniya" qəzetin açıqlamasında Volkova belə deyib: "Avropadan birinci olduğumuza dair məktub belə aldıq. Yarışda Türkiyənin birinci olmağı lazım idi. Onu etdilər. Avropa Yayım Birliyi (EBU) bir il sonra nəticələrə etiraz edərən I kanala rəsmi məktub yazaraq, yarışda bizim birinci olduğumuzu bildirdi. Guya İngiltərə və İsveçrənin səsləri yanlış hesablanıb".
Jurnalistin "Yaxşı, bəs nə üçün bu günə qədər kimsə bunlardan bəhs etmədi?" sualına T.A.T.U üzvi "Onsuzda biz qələbə çaldığımızı bilirdik. Avropanın bütün musiqi siyahılarında birinci idik", - deyə cavab verib.
Qeyd edək ki, 2003-cü ildə yarışmaya Türkiyə adına qatılan Sertab Erener "Everyway That I Can" mahnısı ilə 167 səs toplayaraq, birinci olmuşdu. Belçika 165 xalla ikinci, Rusiya ise 164 xalla üçünçü olub.
DOSTLARINLA PAYLAŞ: