Erməni ordusu geri çəkilməlidir
11 Aprel 2013 Cümə Axşamı 13:21
Nazir yalnız müharibə şəraitinin aradan qalxmasından sonra Xankəndi aeroportunda uçuşlara icazə verilməsinin mümkün olacağını bildirib.
Bu gün 11-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in baş katibinin müavini Adam Kobieratskini qəbul edib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, söhbət zamanı Dağlıq Qarabağ konfliktinin bölgədə yaratmış olduğu gərgin hərbi-siyasi vəziyyət və digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Problemin indiyədək həll edilməməsinin səbəbləri üzərində dayanan nazir S. Əbiyev BMT-nin qəbul etdiyi 4 qətnamənin bu günədək icra edilməməsini, 20 il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyətinin heç bir nəticə vermədiyini qonağın diqqətinə çatdırıb. Nazir təəssüflə bildirib ki, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsi üçün beynəlxalq qurumların gözləmə mövqeyi tutması təcavüzkarın daha da şirniklənməsinə fürsət verir.

Görüş zamanı Xankəndinə uşuşlara nazirin münasibətini öyrənmək üçün cənab Kobieratiskinin verdiyi sualı S.Əbiyev belə cavablandırıb: "Uçuşlar o zaman baş tuta bilər ki, müharibə şəraiti aradan qalxsın. Bunun üçün isə birinci növbədə işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan silahlı bölmələri geri çəkilməlidir".


DOSTLARINLA PAYLAŞ:

oyunlar