Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycan Ordusunun erməni əsirliyində olan əsgərinə baş çəkiblər.
Bu barədə ANS PRESS-ə BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib. Onun sözlərinə görə, başçəkmə martın 27-də olub. Əsirə ailəsindən məlumatlar çatdırılıb. Ondan isə ailəyə məlumat verilib.
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu 2012-ci ilin iyulunda qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni silahlı bölmələrinə əsir düşüb.
Erməni əsirliyində olan əsgərimizə baş çəkilib
BQXK əsirə ailəsindən məlumatlar çatdırıb, ondan isə ailəyə məlumat verib.




Şərhlər