Videoda sabiq rektor Elşad Abdullayevin Səftər olduğu bildirilən adamla söhbəti əks olunub.
Fəaliyyəti dayanlırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev yeni video yayıb. ANS PRESS-in məlumatına görə, videogörüntülər Elşad Abdullayevin özünü Prezidenin mühafizə xidmətinin əməkdaşı kimi təqdim edən Səftər adlı şəxslə söhbəti əks olunub. Səftər olduğu bildirilən adam Elşad Abdullayevdən itkin düşmüş qardaşı Mahir Abdullayevin qaytarılması müqabilində pul istəyir.