Gündəm

Elşad Abdullayev Obamadan kömək istədi

ABU-nun sabiq rektoru Elşad Abdullayev Ağ evin veb-səhifəsində petisiya yerləşdirib.

· Xəbərçi
Elşad Abdullayev Obamadan kömək istədi
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev qardaşı Mahir Abdullayevin oğrulanması ilə bağlı cinayətin açılması üçün ABŞ prezidenti Barak Obamadan kömək istəyib. ANS PRESS-in “Azadlıq” qəzetinin saytına istinadən verdiyi məlumata görə, sabiq rektor bununla bağlı Ağ evin veb-səhifəsində petisiya yerləşdirib.

“Mahir Abdullayevin oğurlanması ilə əlaqəli olan şəxslərin dərhal cəzalandırılmasını istəyirik. Obama administirasiyasını ABU-nun sabiq rektoru Elşad Abdullayevin qardaşı, MTN-in əməkdaşı Mahir Abdullayevin oğurlanmasında iştirak edən şəxslərin tapılması və cəzalandırılması üçün Azərbaycan hökumətinə təzyiq etməyə çağırırıq”, - deyə petisiyada vurğulanıb.

Şərhlər