Elmar Məmmədyarov Van-İrəvan reysindən danışdı
21 Mart 2013 Cümə Axşamı 08:50
Azərbaycan XİN rəhbəri bu aviareysin özəl şirkət tərəfindən təşkil edildiyini bildirib.
Van-İrəvan aviareysini açılması ilə bağlı Türkiyənin Azərbaycandakı səfiri tərəfindən bir neçə dəfə açıqlama verilib. Bildirilir ki, bu aviareys özəl şirkət tərəfindən təşkil edilir, özəl şirkət biznes qurur. Biz onun açıqlamalarını Türkiyənin rəsmi mövqeyi kimi qəbul edirik”.
APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Van şəhəri ilə İrəvan arasında aprelin əvvəllərində birbaşa hava reysinin açılmasının nəzərdə tutulmasına münasibət bildirərkən deyib.
“Sərnişin olacaq, yoxsa olmayacaq, bu başqa məsələdir”, - deyə nazir vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: