Bir saata yaxın Tovuzun Əlibəyli kəndində döyüş gedir.
ANS PRESS-in məlumatına görə, bu haqda informasiyanı Tovuz rayon Əlibəyli həkim məntəqəsinin həkimi Minayə İsmayılova verib.
Onun sözlərinə görə, döyüş bir saat öncə başlayıb. Hazırda kənddə vəziyyət çox gərgindir. Əməlli-başlı döyüş gedir.
Hər iki tərəfdən iri çaplı silahlardan atəş açıldığı bildirilir.
Cəbhəyə ən yaxın kəndlərdən sayılan Əlibəyli daim düşmən hücümlarına məruz qalır.
Əlibəyli kəndində döyüş gedir
Hazırda Əlibəyli kəndində vəziyyətin çox gərgin olduğu deyilir.




Şərhlər