Azərbaycan xalq yazıçısı Əkrəm Əylisli oğlunun işdən çıxarılması ilə bağlı məlumatları təsdiq edib. Oğlunun siyasətlə məşğul olmadığını deyən Ə.Əylisli Teleqraf.com-a bildirib ki, oğlu ali məktəbi Moskvada bitirib: "İndi ona deyiblər ki, könüllü ərizəni yaz. Onu mənə görə, işdən çıxarıblar".
Ə.Əylislinin həyat yoldaşı Qalina Aleksandrovnanın Mərkəzi Kitabxananın direktoru vəzifəsindən çıxması barədə məlumatlar dolaşır.
Digər məlumata görə, Ə.Əylisli bir müddət öncə, hökumətin ona verdiyi bağ evindən çıxarılıb.
Əkrəm Əylisli oğlunun işdən çıxarıldığını təsdiqlədi
Xalq yazıçısı: "Onu mənə görə, işdən çıxarıblar"




Şərhlər