Əkrəm Əylisli İrəvana getmək istəyir
04 Fevral 2013 Bazar Ertəsi 08:07
“Daş yuxular”ın müəllifi Əkrəm Əylisli ermənilər üçün çox darıxdığını deyib.
Ermənipərəst “Daş yuxular” romanı ilə Azərbaycan toplumunun əsəblərini gərmiş yazıçı Əkrəm Əylisli rusdilli “Regnum” portalına verdiyi müsahibəsində İrəvana getmək istədiyini vuruğulayıb.

ANS PRESS yazıçının cavablarından iki abzası təqdim edir: “Mən çox həvəslə İrəvana gedərdim. Müxtəlif tədbirlər, Ermənistan və Azərbaycan mədəniyyət və incəsənət xadimlərinin görüşlərini təşkil etmək olardı… Bizim müzakirə etməyə, danışmağa çox şeylərimiz var. Mən şəxsən həmişə bunu istəmişəm”.

Daha sonra o, ermənilər üçün çox darıxdığını deyib: “Ermənilər arasında mənim çox yaxınlarım və dostlarım vardı, onların bir çoxları indi sağ deyil. Xüsusilə də dostum, 2002-ci ildə dünyasını dəyişmiş Hrant Matevosyansız çox darıxıram. Mən onunla bir də görüşmək istərdim”.




DOSTLARINLA PAYLAŞ:

oyunlar