Gündəm

Əhməd Davudoğlu erməniləri məyus etdi

Nazir Əhməd Davudoğlu “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etdikdən sonra sərhədlər açıla bilər”.

· Xəbərçi
Əhməd Davudoğlu erməniləri məyus etdi
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu erməniləri məyus edəcək bəyanatla yadda qalıb. ANS PRESS-in Türkiyə mətbuaına istinadən verdiyi məlumata görə, xarici işlər naziri Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etdikdən sonra Ankara Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması barədə düşünə biləcəklərini deyib.

"Biz hər dəfə təkrar edirik ki, Ermənistan Azərbaycan torpaqlarını azad etməlidir. Yalnız bundan sonra Ermənistan-Türkiyə sərhədi açıla bilər. Ermənistanla işğal etdiyi torpaqlar boşaldıqdan sonra iqtisadiyyatını dirçəldəcək iqtisadi əməkdaşlıq qurula bilər", - deyə Davudoğlu bildirib.

Şərhlər