Dünyanın ən nüfuzlu 100 adamı
19 Aprel 2013 Cümə 03:23
Siyahıda PKK lideri Abdullah Öcalanın da var.
Amerikanın Time juralı 2013-cü ildə dünyanın ən nüfuzlu 100 adamının siyahısını açıqlayıb. Siyahıda şou-biznes, siyasət, elm adamları, eləcə də, ictimai xadimlər var.
Siyahı “Titanlar”, “Pionerlər”, “”Liderlər, “Kumirlər” və “İncəsənət adamları” bölmələrindən ibarətdir. “Titanlar” bölməsində Yaponiyanın Uniqlo geyim istehsalçısının rəhbəri Tadaşi Yanai, Hindistanın maliyyə naziri Palaniappan Çidambaram, repçi Jay-Z, basketbolçu Lebron Ceyms, şaxmatçı Maqnus Karlssen, “Rosneft”in rəhbəri İqor Seçin və başqaları var.
“Liderlər” siyahısında ABŞ prezidenti Barak Obama, Çin lideri Si Tszinpin, Roma papası Fransisk, Avropa Mərkəzi Bankının rəhbəri Mario Draqa, Somali prezidenti Şeyx Məhəmməd, Nyu-Cersinin qubernatoru Kris Kristi, senator Ron Pol, ABŞ-ın vitse-prezidenti Co Bayden və başqalarının adına rast gəlmək mümkündür. Bu bölmədə PKK lideri Abdullah Öcalan və türk din xadimi Fətullah Gülənin də adı var.
Qeyd edək ki, Time jurnalı nüfuzlu adamları yerlər üzrə bölmür və onlara reytinq vermir. Sorğu internetdə keçirilir və ən nüfuzlu adamları oxucular müəyyənləşdirirlər.
Səsvermənin nəticələrinə nəzər saldıqda görünür ki, bu gün dünyada siyasət şou-biznesdən daha nüfuzludur.
DOSTLARINLA PAYLAŞ: