Dövlet Gömrük Komitesi sedri qorxulu meqamdan danışdı
30 Yanvar 2014 Cümə Axşamı 12:54
Aydın Aliyev: En qorxulusu odur ki, ölke erazisine uyuşdurucu maddeler üçün xammal getirilir.
"Azerbaycana narkotik vasiteler ve uyuşdurucu maddeler daha çox İrandan getirilir". ANS PRESS-in melumatına göre, bu barede jurnalistlere açıqlamasında Dövlet Gömrük Komitesinin sedri Aydın eliyev deyib. O bildirib ki, bir-iki hal Rusiya serhedinde qeyde alınıb:
“Öten il Komite terefinden 130 kq-dan çox narkotik ve psixotrop maddeler tutulub. Bunların da çekisine baxanda ilk defe olaraq üstünlük en çox heroinin payına düşür. Bu olduqca diqqeti celbeden faktdır. Çoxdandır kakoin aşkar olunmurdu. Bununla bağlı indi yeni faktlar var. en qorxulusu odur ki, ölke erazisine uyuşdurucu maddeler üçün xammal getirilir. Eyni zamanda küllü miqdarda mobil telefon ve zinet eşyaları ve s. aşkar olunaraq götürülüb”.
DOSTLARINLA PAYLAŞ: