Daş yuxuları Gəncədə yandırıldı
10 Fevral 2013 Bazar 17:50
Yerli ziyalılar Əkrəm Əylislinin romanı Daş yuxuları nı qınayıblar.
Gəncə ziyalıları Əkrəm Əylislinin “Daş yuxular” romanına münasibətlərini bildiriblər, bu əsəri qınayıblar. Meydana toplaşan onlarla ziyalı “Daş yuxular” romanına etiraz əlaməti olaraq yazıçının kitablarının nüsxələrini yandırıblar.

Gəncə Dövlət Universitetinin professoru Həsənbala Sadıqov AzərTAc-a deyib ki, öz xalqına böhtan atan, onu dünyada ən zalım və riyakar millət kimi təqdim edən Əkrəm Əylisli bu əsərlə Azərbaycan tarixini ləkələməyə çalışıb, bədnam qonşularımızın dəyirmanına su töküb. Bu gün yandırılan kitablar gəncəlilərin Ə.Əylisliyə olan sonsuz qəzəbinin nəticəsidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar