Corc Buşun nəvəsi Bakıda
06 May 2013 Bazar Ertəsi 23:50
Corc Preskot Buş Azərbaycan Dillər Universitetində olub.
Bu gün Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Corc Buşun nəvəsi Corc Preskot Buşu qəbul edib. Qonağı salamlayan rektor onu ADU-da görməkdən məmnun olduğunu bildirib. Universitet haqqında məlumat verən professor Səməd Seyidov burada müxtəlif dillərin tədris olunduğunu qeyd etdi. O, ADU-da fəaliyyət göstərən mərkəzlər haqqında danışaraq, Amerika mərkəzinin fəaliyyətini xüsusi olaraq vurğuladı və universitetdə olan ən böyük mərkəz olduğunu sözlərinə əlavə etdi. Bu mərkəzdən nəinki ADU-du tələbələrinin, eyni zamanda digər universitet tələbələrinin də yararlana bildiklərini dedi.
ADU-nunmətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Amerika səfirliyi ilə əlaqələrdən söz açan Səməd Seyidov hər həftə səfirlik əməkdaşlarının ADU-tələbələri üçün mühazirə oxuduğunu vurğuladı. O, ABŞ ilə Azərbaycan arasındakı dostluq əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini bildirdi. Azərbaycan və ABŞ münasibətlərindən danışan rektor ADU-nun təhsil sistemindəki rolundan və Azərbaycan təhsilinin dünya təhsilinə inteqrasiyasından söz açdı. Rektor Səməd Seyidov hər il Amerikanın aparıcı universitetlərinin tələbələrinin Azərbaycana gəldiyini və Azərbaycan Dillər Universitetində Yay məktəbi keçdiklərini qeyd etdi. Amerikalı tələbələrin burada Azərbaycan dilini, tarixini, coğrafiyasını, adət-ənənələrini öyrəndiklərini vurğuladı. ADU-nun Amerika univeristetləri ilə əlaqələrinə toxunan rektor qarşılıqlı əməkdaşlığın inkişaf etdiyini və universitetlər arası tələbə-müəllim mübadiləsinin uğurla aparıldığını qonağın diqqətinə çatdırdı.
Corc Preskot Buş ADU-da olmaqdan məmnunluğunu dilə gətirdi. O, Azərbaycana ilk dəfə gəldiyini və buradan gözəl təəssüratlarla ayrılacağını qeyd etdi. ADU ilə səfrilik arasındakı əməkdaşlığı yüksək qiymətləndirən Corc Preskot Buş bu əməkdaşlığın davamlı olmasını arzu etdi. O, ADU tələbələriylə görüşməkdən və onlarla ünsiyyətdən məmnun olduğunu bildirdi.
Qeyd edək ki, görüşdən sonra qonaq ADU-nun İnformasiya Resurs Kompleksində tələbələr qarşısında çıxış etdi.
Xatırladaq ki, Corc Preskot Buş Azərbaycana Bakıda 6-8 mayda Beynəlxalq Nizami mərkəzi və Madrid klubu tərəfindən təşkil olunmuş Cənubi Qafqaz forumunda iştirak etmək üçün gəlib.
DOSTLARINLA PAYLAŞ: