Gündəm

Cəbhədə vəziyyət gərginləşib

Ermənilər mövqelərimizi avtomat, pulemyot və iriçaplı pulemyotlardan atəşə tutublar.

· Xəbərçi
Cəbhədə vəziyyət gərginləşib
Cəbhədə vəziyyət gərginləşib.Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacalı və Əlibəyli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun işğal olunmuş Mərzili, Cəvahirli və Şıxlar, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx, Füzuli rayonunun Aşağı Veysəlli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən movqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri avtomat, pulemyot və iriçaplı pulemyotlardan atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətidnən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Şərhlər