Cəbhədə vəziyyət gərgin olaraq qalır. Ermənistan silahlı qüvvələrəninin bölmələri iyunun 5-də saat 18.00-dan iyunun 6-ı səhər saat 08.00-dək qoşunların təmas xəttinin bütün istiqamətlərindən atəşkəs rejimini pozublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, atışmalar intensiv xarakter daşımasına baxmayaraq Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
Cəbhədə intensiv atışma gedir
Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmadığı bildirilir.




Şərhlər