Gündəm

Cəbhə xəttində intensiv atışma gedir

Müdafiə Nazirliyi Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmadığını bildirib.

· Xəbərçi
Cəbhə xəttində intensiv atışma gedir
Cəbhədə vəziyyət gərgin olaraq qalır. Ermənistanın silahlı bölmələri iyunun 11-i saat 08.00-dan bu gün səhər saat 08.00-dək qoşunların təmas xəttinin Göygöl, Daşkəsən, Gədəbəy, Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları istiqamətlərində atəşkəs rejimini intensiv şəkildə pozmaqda davam ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb. Düşmən cavab atəşi ilə susdurulub.

Şərhlər