Bu qəndi yeməyin
11 Yanvar 2013 Cümə 17:38
Nərimanovdakı sexdə natəmiz şəraitdə məhsul istehsal olunurmuş.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İ.Abbasov küçəsi 6 ünvanında fəaliyyət göstərən fiziki şəxs Ramiz Ağahüseynova məxsus sexdə dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Komitədən ANS PRESS-ə verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, müəssisədə sanitariya norma və qaydalara uyğun gəlmədən, natəmiz şəraitdə, məhsul üçün müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat olmadan rafinə edilib, preslənmiş qənd istehsal olunur. İstehsal olunan məhsulun təhlükəsizlik göstəricilərinin yoxlanmasını təsdiq edən gigiyenik sertifikat yoxdur.

Məhsulun markalanması ГОСТ 22-94 (3.5.1) standartına uyğun aparılmır. Müəssisədə məhsulların müvafiq keyfiyyətdə sabit istehsalına şərait yoxdur. Belə ki, xammalların və hazır məhsulların saxlandığı anbar da sanitariya normalarına cavab vermir.

Aşkar olunmuş nöqsanlarla əlaqədar olaraq Fiziki şəxs Ramiz Ağahüseynova məxsus sexdə rafinə edilmiş, preslənmiş qəndin istehsalı və satışı qadağan edilib.















DOSTLARINLA PAYLAŞ:

oyunlar