Gündəm

Bu gün atəşfəşanlıq olacaq

Saat 21.00-da bulvarda konsert keçiriləcək.

· Xəbərçi
Bu gün atəşfəşanlıq olacaq
15 İyun - Milli Qurtuluş Günü münasibətilə Bakıda möhtəşəm atəşfəşanlıq təşkil olunacaq. Bakı şəhər İcra Hakimiyyətindən ANS PRESS-ə verilən məlumata görə, saat 21:00-da Dənizkənarı Milli Parkda, Saat qülləsinin yanında tanınmış incəsənət ustalarının iştirakı ilə geniş konsert keçiriləcək. Saat 23:00-da isə möhtəşəm atəşfəşanlıq olacaq.

BŞİH paytaxt sakinlərini və şəhərin qonaqlarını möhtəşəm bayram şənliyinə dəvət edir.

Şərhlər