Boşanmadan qaçmaq üçün qaynanalarla dost olmaq lazımdır. Bu amerikalı psixoloqların gəldiyi nəticədir. Uzunmüddətli araşdırmalardan sonra məlum olub ki, qaynanalarla yaxşı ünsiyyət quran kişilərin ailələrində boşanma riski yaxşı münasibəti olmayanlarla müqayisədə 20% azdır.
Maraqlıdır ki, bu nəticə ancaq kişilərə aiddir. Çenki qadınlar arasında vəziyyət tamamilə fərqlidir. Belə ki, qaynanaları ilə yaxşı münasibəti olan qadınların boşanma riski 20% yüksəkdir.
Qeyd edək ki, tədqiqatçılar 26 il ərzində 25-37 yaş arası 373 cütlük üzərində tədqiqatlar apararıblar.
Boşanmaq istəmirsən?
Qaynanan ilə yaxşı dolan




Şərhlər