Bolqarıstanda güclü zəlzələ baş verib. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, yeraltı təkanların gücü 6,4 bal olub. Zəlzələnin episentri paytaxt Sofiyadan 30 kilometr şərqdəki Pernik şəhərində olub. Təbii fəlakət nəticəsində bəzi binalarda çatlar əmələ gəlib, evlərin damları uçub. Hələlik insan təlafatı barədə məlumat verilmir. Zəlzələdən sonra bir necə təkan meydana gəlib. Ən son güclü afterşoklar 4,7 bal gücündə olub.
Bolqarıstanda güclü zəlzələ olub
Yeraltı təkanlar 6,4 bal olub.




Şərhlər