Bakıda Nizami Gəncəvinin əlyazmaları nümayiş etdirilib
03 Noyabr 2012 Şənbə 15:16
Sərgidə 40-dan çox ölkədən toplanılmış misilsiz əlyazmalar təqdim edilib
Bu gün Bakıda Nizami Gəncəvinin 870 illiyi ilə bağlı tədbirlər çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Milli Tarix Muzeyi ilə birgə dahi Azərbaycan şairi Nizami Gəncəvinin əylazmrının sərgisini keçirib. Sərgidə 40-dan çox ölkədən toplanılmış misilsiz əlyazmalar ilk dəfə nümayiş edilib. Əksəriyyəti Misirin İsgəndəriyyə kitbxanasından gətirilən əlyazmalarla yanaşı, sərgidə XII əsrə aid Qurani-Kərim, İncil, dahi Nizaminin "Xəmsə"sinə yazılan əlyazmalar nümayiş etdirilib.
Sərginin açılışında ABŞ Dövlət Departamentinin qadın məsələləri üzrə əlaqələndiricisi xanım Melani Verveyer, eləcə də İslam Konfransı Təşkilatı üzrə əlaqələndiricisi Filip Verveyer, ABŞ, Misir, Qırğızıstanın Azərbaycandakı səfirləri və bir sıra dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Qonaqlara əlyazmalar barəsində ətraflı məlumat verilib.
DOSTLARINLA PAYLAŞ: