Gündəm

Bakıda köhnə avtobuslar qalmayacaq

Namiq Həsənov: “Köhnə avtobuslar xətlərdən tamamilə yığışdırılacaq”.

· Xəbərçi
Bakıda köhnə avtobuslar qalmayacaq
Yeni ildən sonra Bakıda köhnə sərnişin avtobusları olmayacaq. Bu barədə “Günə Baxan” verilişinin qonağı olan Nəqliyyat Nazirinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov ANS PRESS-ə açıqlamasında bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, paytaxt ərazisində köhnə avtobuslar tədricən istismardan yığışdırılmağa başalnılıb və bu proses 2013-cü ildə yekunlaşacaq.

“Köhnə avtobuslar xətlərdən tamamilə yığışdırılacaq. Hansı xətdə istismar müddətini başa vurmuş avtobuslar var, ora yeni maşınlar veriləcək. Avtobusların salonları da istismar üçün yararlı olmalıdır. Sərnişinlərin rahatlığı üçün imkanı olmayan avtobuslar xətlərdən uzaqlaşdırılacaq”, - deyə N.Həsənov vurğulayıb.

Şərhlər