Bakının Səbail rayonu ərazisində güclü partlayış baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bibiheybət məscidindən “Sədərək” Ticarət Mərkəzinə gedən yolda yanacaqdaşıyan yük maşını partlayıb. Güclü partlayışdan sonra dəhşətli yanğın baş verib.
Hadisə yerinə 5 yanğınsöndürən maşın yollanıb, bir maşın da hadisə yerinə getməyə hazırlaşır. Yanğınsöndürənlər alovun ətrafa yayılmamasına çalışır.
Hadisənin nə səbəbdən baş verdiyi və xəsarət alan barədə hələlik məlumat yoxdu.
Bakıda güclü partlayış
"Sədərək” Ticarət Mərkəzinə gedən yolda yanacaqdaşıyan maşın partlayıb




Şərhlər