Bakıda bu yollar bağlanacaq
12 Dekabr 2012 Çərşənbə 00:11
Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib
Bu gün Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov ANS PRESS-ə bildirib ki, ulu öndər Heydər Əliyevin xatirəsinin anma mərasimi ilə əlaqədar olaraq, ziyarət iştirakçılarının rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə dekabrın 12-də səhər saat 7:00-dan mərasim başa çatanadək Parlament prospekti Fəxri Xiyaban istiqamətində bütün avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.
Belə ki, Teymur Elçin və Mehdi Hüseyn küçələri kəsişməsindən - yəni Teleteatrın binası yanından, Hüseyn Cavid prospekti ilə Mikayıl Müşfiq küçəsinin kəsişməsindən, İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, Mətbuat prospektinin Mikayıl Müşfiq dairəsindən Parlament prospekti ilə Fəxri Xiyaban istiqamətində bütün avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.
Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Ziyarətə gələnlərdən ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri xahiş olunur.
DOSTLARINLA PAYLAŞ: