Bakıda bir qrup gəncin etiraz aksiyası başlayıb
Polis artıq bir neçə şəxsi saxlayıb
Bu gün Bakıda bir qrup gəncin etiraz aksiyası başlayıb. ANS-in hadisə yerində olan əməkdaşı İsmayıl Fətəliyevin məlumatına görə, aksiya iştirakçıları Sahil bağından etirazlara başlayıblar. Onlar aksiyada “İsmayıllı oyaqdı”, “İsmayıllıya halaldır” kimi şüarlar səsləndirməyə başlayıblar. Polis bir neçə şəxsi saxlayıb.




Şərhlər