Bakıda 20 dərəcə isti gözlənilir
09 Noyabr 2012 Cümə 03:53
Paytaxtda əsən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Bu gün Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə az yağış yağacağı, gündüz havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-15, gündüz 16-20 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında əsasən şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz: Noyabrın 9-da Abşeron yarımadasında xəzridən sonra oksigenlə zəngin havanın üstünlüyü və meteroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir. Noyabrın 10-da atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda diskomfor hissi yarada bilər.
DOSTLARINLA PAYLAŞ: