Bakı aeroportunda Rüstəm İbrahimbəyovla bağlı yaranmış problem həll olunub
30 Dekabr 2012 Bazar 22:28
Kinorejissor Rüstəm İbrahimbəyovla bağlı yaranmış problem həllini tapıb
Heydər Əliyev Beynəlxalq Aeroportunda kinorejissor Rüstəm İbrahimbəyovla bağlı yaranmış problem həllini tapıb. R. İbrahimbəyov APA-ya bildirib ki, pasportları qaytarılıb və o, nəzarət-keçid məntəqəsindən buraxılıb.
***
saat 17.31
“Pasportumu alıb, hələ qaytarmayıblar. Bir neçə saatdır, aeroportda gözləyirəm. Bildirildi ki, bu, texniki səbəblə əlaqədardır, nəsə araşdırılır”.
Bunu APA-ya açıqlamasında kinorejissor Rüstəm İbrahimbəyov bu gün Moskvadan Bakıya qayıdarkən Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanması və diplomatik pasportunun alınması ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirərkən deyib.
R. İbrahimbəyovun sözlərinə görə, ona problemin serverlə əlaqədar olduğu bildirilib: “Gözləyirəm hələ. Həm diplomatik, həm də adi pasportu verdim, dedilər araşdırırlar, bir saatdan sonra pasportları qaytaracaqlar” .
Diplomatik pasport daşıması ilə bağlı suala cavabında R. İbrahimbəyov artıq 15 ildir, diplomatik pasportunun olduğunu qeyd edib: “Bu pasport mənə bir neçə beynəlxalq təşkilatın sədri olduğuma görə verilib”.
DOSTLARINLA PAYLAŞ: